Uşaqpulunun verilməsinə 2,5 milyard manat lazımdır? - nazir belə deyib
Ölçü:

Milli Məclisin bu gün keçirilən plenar iclasında uşaqpulunun verilməsi məsələsi geniş müzakirə olunub.

Koordinat.az xəbər verir ki, millət vəkili Tahir Kərimli mövzunun müzakirəsi zamanı uşaqpulunun verilməsinin son dərəcə vacib olduğunu deyib: “Nazirimiz deyir ki, “uşaqpulu” verilməsinə 2,5 milyarddan artıq pul lazımdır. Əgər sosial müavinəti məsələsini saxlamaq mümkündürsə, saxlayaq, mümkün deyilsə, ləğv edib yerinə uşaqpulu verək. Bu, Qarabağ məsələsi kimi vacib bir məsələdir. Gedib sorğu keçirsək, əhalinin 100 faizi uşaqpulu istəyir. 18 yaşı olan kimi çağırış vərəqəsi verib, əsgərliyə aparırıq, bəs, bu uşağın böyüdülməsinə dövlətimizin yardımı olurmu? Bunu bütün xalqımız tələb edir. Ən kasıb ölkələrdə belə uşaqpulu verilir. Pandemiya nə qədər uzun çəksə də, müvəqqətidir, ötüb keçəcək. Uşaqpulu isə strateji məsələdir".

Tahir Kərimli vurğulayıb ki, 600 min nəfərə 190 manat verilib: "Bu vəsait də azdır axı. Uşaqpulu verilsəydi, daha yaxşı olardı. Bizim valyuta ehtiyatımız var, ildə onun 1 milyardını bunun üçün ayıraq”.
06.08.2020 22:01:21
Oxuma sayı: 30