Gözlənilməz doğuş: 3 yaşlı qızını müayinəyə gətirən hamilə qadın... - "Hayat clinic"də
Ölçü:


Ana olmaq hər bir qadın üçün böyük səadətdir. Bu səadətə qovuşmaq üçün ən uğurlu məkan isə doğum evidir...

Koordinat.az
xəbər verir ki, Lənkəran rayonundan olan Aytac Bayramlı 3 yaşlı qızı Məryəmi Bakıya müayinəyə  gətirəndə növbəti - üçüncü hamiləliyinin paytaxtda - “Hayat clinic” tibb mərkəzində başa çatacağını güman etməyib. Çünki yerli həkimlərin ehtimalına görə, doğuş vaxtı oktyabrın əvvəllərinə düşürmüş...

Tibb mərkəzində həkim-radiloq Fərhad Qarayev balaca Məryəmi maqnit-rezonans tomoqrafiyasında müayinə edərkən qəfildən gözləmə salonunda  gənc ananın ağrısı başlayıb.  “Hayat clinic”  diaqnostika və poliklinika mərkəzi olduğundan burada vətəndaşlara terapiya, kardiologiya, nevrologiya, ginekologiya, urologiya, pediatriya, fizioterapiya və funksional diaqnostika üzrə tibbi yardım göstərilir. Buna görə də dərhal hamilə qadın üçün mərkəzə təcili tibbi yardım çağırlıb. Lakin təcili yardım gələnədək gənc ananı müayinə edən “Hayat clinic”in həkimləri vaxt çatışmazlığını nəzərə alaraq doğuşu qəbul etmək qərarına gəliblər. Onların yüksək peşəkarlığı sayəsində Aytac Bayramlı çəkisi 4,1 kq, boyu 55 sm olan oğlan övladını dünyaya gətirib. Az sonra isə təcili yardım maşını onu və körpəsini Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırıb. Gənc ana və qohumları “Hayat clinic”in həkimləri - ginekoloq Nərmin Əsgərovaya, pediatr Nərmin Məmmədovaya, tibb bacıları Kəmalə Səlimovaya və Lyüdmila Mustafayevaya göstərdikləri qayğı və peşəkarlığa görə təşəkkür ediblər.

Hazırda ananın və uşağın vəziyyəti yaxşıdır.

“Hayat clinic”in  tibbi heyəti ekstremal vəziyyətdə öz peşə borcunu layiqincə yerinə yetirdiklərinə çox sevinclidirlər (Day.az).


02.10.2017 18:12:39
Oxuma sayı: 413