Bakıda kişi qadını intihardan belə xilas etdi - VİDEO
Ölçü:

Bakının Nizami rayonunda gənc qadın çoxmərtəbəli evin 5-ci mərtəbəsindən özünü atmağa çalışıb.

Minval xəbər verir ki, naməlum qadın R.Rüstəmov k.-də intihar etmək istədiyi barədə məlumat FHN-ə saat 13.45-də daxil olub.

Hadisə yerinə gələn yanğınsöndürənlər qadının pəncərə məccərindən asılaraq qaldığını görüblər.

FHN əməkdaşları 5-ci mərtəbəyə qalxsalar da mənzilin qapısı bağlı olub.

Qonşulardan birinə qonşu eyvandan qadının yaşadığı evə keçərək qadını yuxarı qaldırmağa nail olub. Yanğınsöndürənlər intihara cəhd edən qadını təcili yardım əməkdaşlarına təhvil veriblər.


15.08.2015 10:52:29
Oxuma sayı: 1460