20 sotadək pay torpağı olanlar məşğul hesab olunmasın - təklif
Ölçü:


Milli Məclisin Plenar İclasında “Məşğulluq Haqqında” Qanuna edilən düzəlişlər layihəsi müzakirə olunub.

Koordinat.az
-ın məlumatına görə, bu barədə fikir bildirən deputat Vüqar Bayramov qeyd edib ki, layihədə təkliflərə edilən düzəlişlərlə yanaşı, qanunda rayonlarda yaşayan vətəndaşlarımız üçün vacib olan məsələlər də var. Belə ki, qanunun 4-cü maddəsinə görə pay torpağı olan bütün vətəndaşlarımız məşğul şəxslər hesab edilir. Bu baxımdan qanununun bu maddəsində difersinial yanaşmanın tətbiqinə ehtiyac var: "İnkişaf etmiş ölkələrdə, bölgələrdə yaşayan insanların məşğulluğu onların əldə etdikləri gəlirlərə əsasən hesablanır. Mövcud qanunvericiliyə əsasən, 10 sot torpağı olan vətəndaş da, 10 hektar torpaq sahibi olanda məşğul hesab olunur. Halbuki, 10 sot torpaq onun sahibinə xüsusi gəlir əldə etmək imkanı vermir. Əksinə, pay torpağı olanlar məşğul şəxslər hesab olunduğu üçün sosial yardımlara da müraciət edə bilmirlər. O baxımdan, təklif etdim ki, 20 sotadək pay torpağı olanlar məşğul hesab olunmasınlar və onlara sosial proqramlara müraciət imkanı verilsin. Yaınız 20 sotdan daha çox yararlı sahəsi olanlar məşğul şəxsləar qrupuna daxil edilsinlər”.

06.08.2020 10:45:00
Oxuma sayı: 53