Baş pediatr: "Körpələrə verilən süni qidaların reklamı dayandırılmalıdır"
Ölçü:


 "Ana südünü əvəz etmək iddiasına düşənlər süni qidanın əsassız reklamının yayılmasını dayandırmalıdır".

Koordinat.az
xəbər verir ki, bunu ölkənin baş pediatrı Nəsib Quliyev Pediatriya İnstitutunda Azərbaycanda ana südü ilə qidalandırma həftəsinin başlanması ilə əlaqədar keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, körpələrə süni qidalar ancaq həkim resepti və göstərişi əsasında verilməlidir: "Ona görə süni qidalar əsassız şəkildə reklam olunmamalıdır".

N.Quliyev qeyd edib ki, körpələrin ana südü ilə qidalanmasını təmin etmək əsas məqsədlərdən biridir: "Ölkədə ana südü ilə qidalanma göstəricisi 1992-ci ildə 1 yaşa qədər olan körpələr arasında 25 faiz təşkil edirdisə, hazırda bu rəqəm 50 faizdir. Amma bölgələrdə bu rəqəm 50 faizdən yuxarıdır. Bu göstəricini bir az da olsa artırmaq niyyətindəyik".

02.10.2017 11:51:37
Oxuma sayı: 159