150 erməni ailəsi Livandan Laçın, Kəlbəcər və Zəngilana köçürülə bilər - Arutunyanın bu təklifinə Livandan cavab gəlib
Ölçü:


Livanın paytaxtı Beyrutda baş verən partlayışlardan sonra bu ölkədə yaşayan erməni ailələrinin bir qisminin işğal altındakı Dağlıq qarabağa və ətraf ərazilərə köçürülməsi məsələsi yenidən aktuallaşıb.

Koordinat.az xəbər verir ki, Ermənistan hökuməti Livandakı partlayışdan istifadə edərək işğal altında saxladıqları Azərbaycan ərazilərinin məskunlaşdırılmasi ilə bağlı planlarını gerçəkləşdirmək niyyətindədir. Artıq bununla bağlı Ermənistanla Liviya arasında danışıqlar da aparılır.

Ermənistan mətbuatının yaydığı məlumata görə, separatçı Qarabağ rejiminin rəhbəri Araik Arutunyan Livanda yerləşən Kilikiya Katolikosluğunun rəhbəri, dini lider I Arama zəng edib. Telefon söhbəti zamanı Beyrutdakı partlayışa görə 100-150 erməni ailəsinin Livandan Qarabağa köçürülməsi məsələsi müzakirə olunub. Araik Arutunyanın bu təklifi qarşı tərəfdən müsbət qarşılanıb. I Aram deyib ki, 150-dək erməni ailəsinin Dağlıq Qarabağ və ətraf bölgələrdə yerləşdirilməsi və köçürmə prosesinin detalları ilə bağlı Livan hökuməti ilə müzakirələr aparılacaq.

Xatırladaq ki, separatçı Qarabağ rejiminin rəhbəri Araik Arutunyan Livanda yaşayan ermənilərin bir hissəsinin işğal altındakı Laçın, Zəngilan və Kəlbəcər rayonlarında  məskunlaşdırılmasını təklif edib.

05.08.2020 19:12:00
Oxuma sayı: 61