Medvedevdən Azərbaycan və erməni diasporlarına səsləndi: "Məsuliyyətli olun"
Ölçü:


Rusiyanın keçmiş Prezidenti və Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Azərbaycan - Ermənistan münaqişəsindən danışıb.

Koordinat.az 
“RİA Novosti”yə istinadən xəbər verir ki, o, “PolitStartap” layihəsinin iştirakçıları ilə görüşdə Rusiyada Azərbaycan və Ermənistandan gələnlərin qarşıdurması ilə bağlı diasporlara məsuliyyətli olmaq barədə xəbərdarlıq edib: “Mənə elə gəlir ki, hüquq-mühafizə orqanlarımız istiqamətləndirilməlidir, ölkə daxilində bu mövzu zorakılıq və hər hansı toqquşma üçün səbəb yaratmamalıdır. Diasporalar da bu məsələdə öz məsuliyyətlərini hiss etməlidirlər”.
05.08.2020 18:12:00
Oxuma sayı: 61