Ermənistan Rusiya telekanallarının yayımını dayandırır
Ölçü:

Ermənistan prezidenti Armen Sarkisyan “audiovisual media” haqqında qanun imzalayıb.

Koordinat.az xəbər verir ki, qanun xarici televiziya kanallarının, o cümlədən Rusiya kanallarının ölkə ərazisində yayımına məhdudiyyət qoyur.

Qərar imzalandıqdan 10 gün sonar qüvvəyə minir. Hazırda Ermənistanda “Birinci kanal”, “RTR Planeta”, “Rossiya.Kultura” və dövlətlərarası “Mir” telekanalı fəaliyyət göstərir.

05.08.2020 17:58:00
Oxuma sayı: 43