Məşğulluq orqanları işsizləri niyə qeydiyyata almır... - deputat da narazıdır
Ölçü:


“Əhalinin məşğulluğu ilə bağlı məsələlərdə hüquqi bazanın formalaşdırılmasından daha çox, onların praktikada necə yerinə yetirilməsi ilə maraqlanmalıyıq”.

Koordinat.az xəbər verir ki, bunu Milli Məclisin iclasında birinci oxunuşda müzakirə edilən “Məşğulluq haqqında” Qanununda dəyişiklik edilməsi barədə layihənin müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı deyib. O, bildirib ki, bu qanun layihəsi məşğul əhalinin sayının artırılmasına hesablanmalıdır: "Deputat seçildiyim rayondan mənə edilən müraciətlərdə onlarla insan bildirir ki, məşğulluq idarəsi onları qeydiyyata almır. Bu işdə qeydiyyatın elektronlaşması müsbətdir, amma rayon yerində bir çox insan bunu edə bilmir. Bu qanun layihəsinə təklif edilən dəyişikliklərlə bir çox bürokratik əngəllər aradan qaldırılır. Ancaq bu dəyişikliklərlə yenə də əhalinin müəyyən qismi diqqətdən kənar qalacaq. Rayonlarda müvafiq qurumlarda çalışan insanların münasibəti əhalinin dövlətə münasibətinə təsir göstərir. Burada ciddi işlərə ehtiyac var. İşləməyən, məşğul olmayan əhalinin dəqiq statistikası aparılmalıdır”.

05.08.2020 15:56:00
Oxuma sayı: 41