Klinika mərhum jurnalistin telefonunu ailəsinə vermir - TƏBİB araşdıracaq
Ölçü:

Mərhum jurnalist Əmrah Fəqanoğlunun mobil telefonu müalicə aldığı xəstəxanada itib.

Koordinat.az-ın məlumatına görə, bunu onun oğlu Kənan Fəqanoğlu jurnaslitin sosial şəbəkə hesabında ictimailəşdirib: “Hörmətli dostlar. Çox xahiş edirəm, xəbərin ictimailəşməsinə və bu məsələnin həll olmasında mənə kömək olardınız.
17 iyul 2020 ci il tarixdən 28 iyul 2020 ci il tarixə qədər özünə təhvil verdiyim Əmrah Fəqanoğluna məxsus olan telefon müalicə aldığı "Yeni Klinika" tərəfindən ailəsi və yaxınlarına təhvil verilməyib və oğurlanıb,itib adı altında məlumat verilib. Bu cür məsuliyyətsizlik və mənəvi dəyəri olan şəxsi əşyanın qaytarılmaması yolverilməzdir”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva Modern.az-a açıqlamasında məsələdən xəbərdar olduqlarını bildirib: “Bu barədə klinikanın rəhbərliyinə də məlumat verilib. Hazırda məsələ araşdırılır”.

Qeyd edək ki, jurnalist Əmrah Fəqanoğlu iyulun 28-də səhər saatlarında COVİD-19 virusundan müalicə aldığı “Yeni Klinika”da vəfat edib.
05.08.2020 15:48:00
Oxuma sayı: 36