Deputat: "İşsizlərin sosial yardımla təminat məsələsi yenidən baxılmalıdır"
Ölçü:


“İnsanlar iqtisadi fəallığa cəlb edilməlidir”.

Koordinat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında çıxış edən parlamentin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib. O bildirib ki, digər tərəfdən bu gün yeni iş yerlərinin açılması və insanlarının işlə təmin edilməsi, onların sosial yardımla təmin olunması məsələsi yenidən nəzərdən keçirilməlidir: “Bu istiqamətdə müvafiq qurumlar öz fəaliyyətində dönüş yaratmalıdır. Eyni zamanda, gələcəkdə təhsilin bu şəraitdə səmərəli təşkili üçün yollar araşdırılmalı, TƏBİB Səhiyyə Nazirliyi ilə birlikdə müvafiq qaydalar hazırlamalıdır. Bu, çox vacibdir”.
05.08.2020 12:08:00
Oxuma sayı: 128