Beyrutdakı partlayış erməni diasporuna ciddi ziyan vurub
Ölçü:


Ötən gün Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış ciddi dağıntılara və insan itkilərinə səbəb olub.

Koordinat.az xəbər verir ki, partlayış şəhərin erməni məhəlləsində də ciddi dağıntılar törədib. Belə ki, erməni məhəlləsi partlayışın episenrtindən 1 kilometr məsafədə yerləşib. “Kataib” partiyasının erməni əsilli sədri Nizar Nacaryanın öldüyü məlum olub.

Bundan başqa, Burc-Hammud məhlləsində erməni kilsələrinin, ticarət obyektlərinin, Ermənistan səfirliyinin və s. ciddi zərər gördüyü, xeyli sayda yaralanın olduğu da məlumdur.

Şəhərdə 100 minə yaxın erməninin yaşadığı məlumdur. Xatırladaq ki, Beyrut erməni diasporunun mərkəzlərindən biri sayılır. ASALA terror təşkilatı məhz Beyrutda yaranmışdı.

05.08.2020 11:51:00
Oxuma sayı: 38