Livandakı partlayışda 100-dək erməni xəsarət alıb, 3-ü ölüb
Ölçü:


Beyrut limanında baş verən partlayışda 3 erməni ölüb.

Koordinat.az
xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anna Naqdalyan “Facebook”da bildirib. Onun sözlərinə görə, partlayış nəticəsində 100-ə yaxın erməni isə xəsarət alıb.

Ermənistan parlamentinin deputatı Anna Kostanyan isə bildirib ki, Beyrutda yaşayan çoxlu sayda erməni ölkəyə qayıtmaq niyyətindədir.

Qeyd edək ki, Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində 100 nəfərdən çox insan ölüb, 4 mindən çox insan isə xəsarət alıb.
05.08.2020 10:43:00
Oxuma sayı: 38