Azərbaycan XİN Livana başsağlığı verib
Ölçü:


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Livana başsağlığı verib.

Koordinat.az
xəbər verir ki, bu barədə nazirliyin “Twitter” səhifəsində bildirilib.

“Beyrut limanında baş verən dəhşətli partlayışla bağlı xəbər bizi çox kədərləndirdi. Qurbanların ailələrinə, habelə Livan xalqına başsağlığı veririk. Yaralananların tezliklə sağalmasını arzulayırıq”, - deyə qeyd olunub.

Xatırladaq ki, Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində 100 nəfərdən çox insan ölüb, 4 mindən çox insan isə xəsarət alıb.
05.08.2020 10:14:00
Oxuma sayı: 39