Nazir müavini: "Məşğulluq mərkəzlərində 26 min boş iş yeri var, amma vətəndaşlar işləmək istəmir"
Ölçü:

Pandemiya ilə bağlı aprel və may aylarında 600 min vətəndaşa 190 manalıq birdəfəlik ödəmə edilib.

Koordinat.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib. O, qeyd edib ki, "Məşğulluq haqqında” qanuna əsasən, birdəfəlik ödəmə işsiz kimi qeydiyyata alınan şəxslərə verilir: “Bundan sonra epidemioloji vəziyyət nəzərə alınaraq 16 şəhər və rayonda məhdudiyyətlər tətbiq edilmişdi. Həmin yerlərdə də yaşayan və 190 manat alan şəxslərə yenidən 190 manat ödəniş etdik. Biz bu proqramı şəffaf şəkildə icra etdik. Torpaq və pay mülkiyyətçiləri məşğul şəxslər sayılır. Bu mənada həmin şəxslər məşğul şəxslər hesab olunur".

Nazir müavini vyrğulayıb ki, hazırda məşğulluq mərkəzlərində 26 minə yaxın boş iş yerləri var. Onun sözlərinə görə, vətəndaşlar işləmək əvəzinə dövlətdən birdəfəlik 190 manat ödəniş tələb edir: "190 manatla bağlı şikayətlər nazirlik tərədindən araşdırılır. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev göstəriş verib. Uzun müddət bank kartlarını götürməyən şəxslərə yenidən ödəniş edilmir. Çünki biz hesab edirik ki, əgər şəxsin buna ehtiyacı varsa gəlib həmin kartı götürəcək”.
04.08.2020 17:51:00
Oxuma sayı: 47