“Space” TV 1 saatda 20 dəqiqə reklam verir
Ölçü:


Milli Televiziya və Radio Şurasının (MTRŞ) videoformatda iclası keçirilib.

Koordinat.az
-ın məlumatına görə, iclasda 20 – 31 iyul 2020-ci il tarixlərində ümumölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub. 23 iyul 2020-ci il tarixdə “Space” televiziya kanalının efirində saat 19.00 – 20.00 arası müddətdə 20 dəqiqə 48 saniyə reklam yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulmuşdur. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Space” televiziya kanalının efirində 10 avqust 2020-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul etmişdir.

 

04.08.2020 17:37:00
Oxuma sayı: 83