Belarusda saxlanılan Rusiya vətəndaşlarının günahı sübuta yetirilməyib?
Ölçü:

“Belarusda saxlanılan Rusiya vətəndaşlarının günahı sübuta yetirilməyib”.

Koordinat.az
xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova “Facebook” səhifəsində yazıb. Belarus Prezidenti Aleksandr Lukaşenkonun bəyanatına münasibət bildirən Rusiya XİN-in rəsmisi bildirib ki, Minskdə saxlanılan Rusiya vətəndaşlarının günahı heç nə ilə sübut olunmayıb.

“Bunun ətrafında qurulan tamaşaya gəldikdə isə, biz imkan vermərik ki, onları incitsinlər. Bunu Minskdə gözəl bilirlər”, - deyə M. Zaxarova vurğulayıb.

Xatırladaq ki, iyulun 29-da Belarus hüquq-mühafizə orqanları Minsk ətrafında xarici özəl hərbi şirkətin 32 döyüşçüsünü saxlayıb. Sonradan məlum olub ki, döyüşçülər Rusiyanın "Vaqner" özəl hərbi qrupunun üzvləridir.
04.08.2020 17:29:00
Oxuma sayı: 64