Daha 646 sürücü cərimələndi
Ölçü:

Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə dünən nəqliyyat vasitələri ilə hərəkətdə olan 646 nəfər inzibati məsuliyyətə cəlb edilib.

Baş Dövlət Yol Polisi İdarəsindən Koordinat.az-a verilən məlumata görə, qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 40-ı rayon, 60-ı paytaxt istiqamətinə olmaqla 100, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 30-u rayon, 40-ı paytaxt istiqamətinə olmaqla 70, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 100-ü rayon, 60-ı paytaxt istiqamətinə olmaqla 160 avtomobil geri qaytarılıb.

Ümumilikdə 330 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

04.08.2020 16:53:00
Oxuma sayı: 42