İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində kadr dəyişikliyi
Ölçü:


 Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) bir neçə departamentə rəhbər təyin olunub.

Bu barədə Koordinat.az-a Mərkəzin mətbuat xidmətindən bildirilib. İİTKM-in icraçı direktoru Vüsal Qasımlının əmrilə Mərkəzin əməkdaşı Rəşad Hüseynov İqtisadi təhlil və analitik-informasiya departamentinin rəhbəri təyin olunub.
 
İİTKM-in maliyyə analitiki Ayaz Museyibov icraçı direktorun əmri ilə Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri təyin olunub.
 
İİTKM-in icraçı direktoru Vüsal Qasımlının digər əmri ilə gəlir-xərc analitiki Yusif Səfərov Səmərəliliyin qiymətləndirilməsi departamentinin rəhbəri təyin olunub.
 
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Layihələr Departamentinin rəhbəri isə Vüsalə Cəfərova təyin olunub.
 
Mərkəzdə daha bir dəyişikliyə əsasən 2017-ci ildən Azexport portalının meneceri kimi fəaliyyət göstərən Ayxan Qədəşov portal rəhbəri təyin olunub.
04.08.2020 14:20:00
Oxuma sayı: 36