Neft Daşlarında dalğanın hündürlüyü 5 metrə çatdı
Ölçü:


Bu gün səhərə olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, şimal-qərb küləyi güclənib.

Bu barədə Koordinat.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Leysan xarakterli yağış nəticəsində avqustun 3-də Talaçay Zaqatala və Əyriçay Başdaşağıl məntəqələrindən sel keçib.

Şimal-qərb küləyi gün ərzində arabir Neftçalada 26 m/s, Naftalanda 23 m/s, Bakı, Qum adasında 28 m/s, Maştağada 25 m/s, Çilov adasında 23 m/s, Ələt, Pirallahıda 20 m/s, Sumqayıt, Binədə 19 m/s, Neft Daşlarında 23 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5  metrə  çatıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 25-27, aran rayonlarında 29-31, dağlıq rayonlarda 18-21, Naxçıvan MR-da 31-34 dərəcə isti olub.

04.08.2020 11:21:00
Oxuma sayı: 43