Deputat Fəttah Heydərov vəfat etdi
Ölçü:


Milli Məclisin 82 yaşlı deputatı, parlamentin Hesablayıcı komissiyasının rəhbəri, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov bu gecə vəfat edib.

Koordinat.az xatırladır ki, Fəttah Heydərov 1938-ci il fevralın 23-də Naxçıvan MR-nın Babək rayonun Çeşməbasar kəndində anadan olub. 1955-ci ildə Nehrəm kənd orta məktəbini 1959-1964 illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini, 1975-ci ildə Bakı Ali Partiya Məktəbini bitirib.

1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilən F.Heydərov daha sonrakı bütün 5 çağırışda da Milli Məclisin üzvü olub. O, 116 saylı Qəbələ seçki dairəsinin deputatıdır.

Fəttah Heydərovun 5 övladı var. O, Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun atasıdır. 
Allah rəhmət eləsin...

04.08.2020 09:47:00
Oxuma sayı: 34