Ramiz Mehdiyevin kürəkəninin 55 hektar torpaq sahəsi əlindən alındı - məhkəmə qətnaməsi
Ölçü:


Şabran Rayon Məhkəməsi Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevin torpaq sahələrinin əlindən alınmasına dair qətnamə çıxarıb.

Koordinat.az xəbər verir ki, bu barədə Gununsesi.info adıçəkilən rayondakı mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, İlham Əliyev bu rayondan deputat seçilən zaman qanunsuz yollarla ayrı-ayrı yerli sakinlərə məxsus torpaq sahələrini ələ keçimişdi.

Ramiz Mehdiyevin “vurulmasından” sonra rayon sakinləri öz əmlak davalarını məhkəməyə daşıyıb. İki gün əvvəl keçirilən məhkəmə prosesində İlham Əliyevə məxsus 55 hektar əkinə yararlı torpaq ondan alınaraq, əvvəlki sahiblərinə qaytarılıb.

Qeyd edək ki, İlham Əliyev bu torpaq sahələrini  “Turaz” və “Dosluq” MMC adı ilə ələ keçirib.
02.08.2020 12:17:00
Oxuma sayı: 66