Ermənilər Lavrova babalarının qəbrini göstərdi - FOTO
Ölçü:

Rusiya XİN rəhbəri Sergey Lavrovun erməni babalarının qəbirləri tapılıb.

Koordinat.az
  xəbər verir ki, bu barədə "Sputnik Armeniya" məlumat yayıb. Bildirilir ki, Ermənistanın Lori bölgəsinin Ardvi kəndindəki Hovhannes kilsəsinin həyətində Kalantaryan ailəsinin məzarlığı var.

Mətbuatda yazdıqları kimi, Rusiya xarici işlər naziri Sergey Lavrov vaxtilə Tiflisdə məskunlaşan Kalantaryan ailəsinin qollarından birinin birbaşa nəslindəndir. O, 1950-ci il martın 21-də Tiflisdə anadan olub. Lavrovun atası Kalantaryan adlı bir Tiflis ermənisi idi. Daha sonra anası Valeria Borisovna Lavrovanın soyadını götürüb.

17 fevral 2005-ci ildə Ermənistana növbəti səfəri zamanı Lavrov İrəvanda Rusiya-Erməni (Slavyan) Universitetinin tələbələri ilə görüşündə ona belə bir sual ünvanlanıb: "Erməni əsilli olmaq sizi narahat edirmi?"

Lavrov isə cavabında "Tiflis köklərim var, çünki atam oradandır, damarlarımda erməni qanı axır və başqa heç kimin qanı axmır. Bu qan mənə heç bir şeydə mane olmur" deyir.

Xatırladaq ki, Rusiyanın baş naziri Mişustinin də bir tərəfi ermənidir və Qarabağ münaqişəsinin həllinə vasitəçilik edən əsas ölkə kimi Rusiya tərəfdən 16 ildir danışıqlara rəhbərlik edir.

02.08.2020 11:38:00
Oxuma sayı: 64