Ermənistanın müdafiə naziri Qarabağa gəlib
Ölçü:


Ermənistanın müdafiə naziri David Tonoyan işğal altındakı Dağlıq Qarabağ bölgəsinə gəlib.

Koordinat.az xəbər verir ki, Ermənistan mətbuatının yaydığı məlumata görə, dünəndən başlayan səfər bu gün başa çatacaq.

Tonoyan Qarabağa səfəri çərçivəsində separatçı rejimin “müdafiə naziri”, general-mayor Cəlal Arutyunyanla görüşüb. O, Cəlal Arutyunyanın müşayiəti ilə bir sıra hərbi hissələrdə və ayrı-ayrı bölmələrdə olub.

Erməni jurnalistlərin sualını cavablandıran Tonoyan bildirib ki, Azərbaycanın hərbi-siyasi rəhbərliyinin sərt ritorikası onları qorxutmur: "Ermənistan ordusu da döyüş əmri gözləyir".
31.07.2020 17:10:00
Oxuma sayı: 79