Koronavirus bu gün: 318 yoluxma, 714 sağalma, 7 ölüm
Ölçü:


Azərbaycanda koronavirus infeksiyasına 318 yeni yoluxma faktı qeydə alınıb, 714 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Koordinat.az-a verilən məlumatda bildirilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 31 878 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 25 882 nəfər müalicə olunaraq sağalıb, 448 nəfər vəfat edib, aktiv xəstə sayı 5 548 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 789, ötən müddət ərzində isə ümumilikdə 724 953 test aparılıb.

31.07.2020 16:07:00
Oxuma sayı: 76