“Leş Tofiq” azadlıqdadır
Ölçü:

Bir il öncə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunan  “Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanov azadlığa çıxıb.

Koordinat.az xəbər verir ki, bu barədə "Unikal.org" məlumat yayıb. Məlumata görə, Alıbəy Rzaxanov yenidən Bakıda ət kəsimi fəaliyyəti ilə məşğuldur. Ancaq onun nə vaxt azadlığa buraxıldığı barədə məlumat verilmir.

Qeyd edək ki, "Leş Tofiq"in rəhbərlik etdiyi mütəşəkkil dəstənin üzvləri qidaya yararsız, ölmüş iri buynuzlu mal və at ətlərinin respublikanın müxtəlif rayonlarından toplanması, tədarükü və emalı ilə məşğul olublar.

“Leş Tofiq” ötən ilin sentyabrında həbs olunmuşdu.
31.07.2020 16:49:00
Oxuma sayı: 240