Milli Məclis büdcəyə dəyişikliklərə görə növbədənkənar sessiya keçirəcək
Ölçü:


Milli Məclis yenidən növbədənkənar sessiyası keçirəcək.  Sessiya üç gün davam edəcək.

Koordinat.az xəbər verir ki, ilk iclasın avqust ayının 5-də keçirilməsi gözlənilir. Daha sonra ayın 6 və 7-də də iclaslar davam etdiriləcək.

İclasın gündəliyinə 6 məsələnin daxil edildiyi bildirilir. Bunlar aşağıdakılardı:
1. Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş):
 2. “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi (birinci oxunuş);
3. “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);
4. “Məşğulluq haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);
5. “İşsizlikdən sığorta haqqında qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);
6. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir (birinci oxunuş).
31.07.2020 15:12:00
Oxuma sayı: 73