Deputatlara 3 qoyunun pulu qədər əlavə ödəniş verildi - 549 manat
Ölçü:


Qurban bayramı ilə əlaqədar Milli Məclisin deputatlarına əlavə pul ödənilib.

Koordinat.az xəbər verir ki, bu barədə “Report”a parlamentdəki mənbələrinə istinadən məlumat yayıb. Bildirilib ki, Qurban bayramı ilə əlaqədar deputatlara aylıq maaşdan əlavə 549 manat verilib.

Xatırladaq ki, deputatlara verilən 549 manat bayram pulu ilə ən azı 3 qoyun almaq mümkündür.
31.07.2020 13:12:00
Oxuma sayı: 86