Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusu düşmənə qarşı adekvat tədbirlər görüb
Ölçü:

Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin mövqelərinin guya, Naxçıvan istiqamətindən atəşə tutulması barədə yaydığı məlumatı təkzib edir.

Koordinat.az xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti Ermənistan mətbuatının yaydığı xəbərə cavab olaraq bəyan edir:
"Ermənistan mətbuatının yaydığı bu xəbər yalandır və həqiqəti tam əks etdirmir. Əksinə, Ermənistan silahlı qüvvələri bölmələri tərəfindən mövqelərimizin atəşə tutulmasına cavab olaraq Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordunun bölmələri düşmənə qarşı adekvat tədbirlər görüb”.
31.07.2020 10:34:00
Oxuma sayı: 80