Koronavirus bu gün: 339 yoluxma, 673 sağalma, 3 ölüm
Ölçü:


Azərbaycanda koronavirus infeksiyasına 339 yeni yoluxma faktı qeydə alınıb, 673 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Koordinat.az-a verilən məlumatda bildirilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 31560 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 25 168 nəfər müalicə olunaraq sağalıb, 441 nəfər vəfat edib, 5951 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8532, ötən müddət ərzində isə ümumilikdə 717 164 test aparılıb.

 
30.07.2020 16:59:00
Oxuma sayı: 83