Bakıda 20 məktəbin direktoru dəyişdirilib
Ölçü:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 20 məktəbin direktoru yerdəyişmə ilə BŞTİ-nin tabeliyindəki digər ümumi təhsil məktəblərinə təyinat alıblar.

Koordinat.az xəbər verir ki, bu barədə BŞTİ-dən bildirilib. Qeyd edilib ki, 18 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinə isə xitam verilib. Onlardan 14 nəfər çalışmanın yaş həddinə çatması ilə əlaqədar, dörd nəfər isə müddətli əmək müqaviləsi müddətinin başa çatması ilə əlaqədar vəzifələrinə xitam verilib.

Həmin məktəblər aşağıdakılardır: 19, 318, 10, 226, 271, 27, 20, 298, 48, 44, 52, 223, 113, 122, 130, 256, 262, 322 nömrəli tam orta məktəblər.

30.07.2020 13:58:00
Oxuma sayı: 552