Həkimlərin imtahanında yenilik
Ölçü:

Bu ilin oktyabr ayından etibarən sertifikasiya imtahanlarında bütün ali tibb və orta tibb ixtisasları üzrə yeni klinik tapşırıqların istifadəsinin tətbiqinə başlanacaq.

Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyasından Koordinat.az-a verilən məlumata görə, bu, Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli 108 nömrəli qərarı ilə təsdiq edilən “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası ”nda dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 1 dekabr 2015-ci il tarixli qərarında əsasında həyata keçiriləcək.

Sertifikasiya Komissiyasnın məlumatına görə, mütəmadi olaraq, keçirilən sınaq imtahanlarında iştirak etməklə, tətbiqinə başlanılacaq yeni üsülla klinik tapşırıq nümunələri ilə tanış olmaq mümkündür.

Yeni klinik tapşırıq nümunələri ilə tanış ola bilmək üçün “Sertifikasiya Sınaq İmtahanları”nda iştirak etmək lazımdır.
28.09.2017 16:38:41
Oxuma sayı: 1113