Elman Rüstəmov pandemiyanın iqtisadiyyata vurduğu zərərin məbləğini bilir - açıqlamaq istəmir
Ölçü:


“Qorunan əmanətlərin tam sığortalanması haqqında” Qanunun qüvvədə olma müddəti ilin sonundaək uzadılıb. Hazırda bu qanun qüvvədədir.

Koordinat.az
-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib. O, qeyd edib ki, qanuna hansısa dəyişiklik edilməsi nəzərdə tutulmayıb: “İlin sonunda situasiyadan asılı olaraq müddətin uzadılıb-uzadılmaması ilə bağlı qərar qəbul olunacaq”.

Elman Rüstəmov deyib ki, hazırda İqtisadiyyat Nazirliyi pandemiya dövründə dəyən zərərlə bağlı qiymətləndirmələr aparır: “Həmin rəqəmlər bəlli olsa da, etik baxımdan bunu nazirlik özü açıqlamalıdır”.
30.07.2020 12:26:00
Oxuma sayı: 16562