“Müəyyən qaydalara riayət etməklə tədris ilinə başlanmalıdır” - Ekspert
Ölçü:

Sentyabr ayında yeni tədris ili ənənəvi qaydada başlaya bilərmi?

Koordinat.az
xəbər verir ki, uzun müddət müzakirə olunan məsələyə təhsil eksperti Kamran Əsədov aydınlıq gətirməyə çalışıb. Ekspert bildirib ki, Dövlət İmtahan Mərkəzi 10 iyundan müxtəlif növ imtahanlar təşkil edir və indiyə qədər 150 mindən çox şagird imtahanlarda iştirak edib. Amma hələ də onlar arasında yoluxma halları qeydə alınmayıb: “Özü də imtahanlar orta məktəb binalarında keçirilir. Şagirdlər də azı 3 saat imtahanda olurlar. İmtahandan əvvəl azı 1 saat növbə gözləyirlər. Deməli, müəyyən qaydalara riayət etməklə tədris ili başlaya bilər. Sinifdə şagird sayı, dərslərin növbəli təşkili və s. qaydalarla dərsə başlamaq olar. Əgər onlayn, distant təhsil düşünən varsa, bu, çox yanlışdır. Onlayn-distant təhsil ilə tədris ilinə başlamaqdansa, başlamamaq daha yaxşıdır. Onlayn təhsil baş aldatmaqdan başqa bir şey deyil”.
30.07.2020 11:17:00
Oxuma sayı: 84