Bakıda koronavirusa yoluxma faizi yenidən artıb
Ölçü:


Azərbaycanda bölgələr üzrə koronavirusa yoluxmada son vəziyyət açıqlanıb.

Koordinat.az
koronavirusinfo.az saytına istinadən xəbər verir ki, son məlumatlardakı rəqəmlər Bakıda yoluxma hallarının yenidən artdığını göstərir. Belə ki, bundan əvvəlki göstəricilərdə ümumi yoluxma hallarında Bakının payı 56   faiz təşkil edirdisə, hazırda bu, 56,5 faizdir.

Sonrakı yerlərdə 16,5 faizlə Abşeron, 8,7 faizlə Aran, 6,9 faizlə Gəncə-Qazax, 4,6 fazilə Lənkəran, 2 faizlə Quba-Xaçmaz, 1,6 faizlə Dağlıq Şirvan, 1,5 faizlə Şəki-Zaqatala,  0,9 faizlə Yuxarı Qarabağ bölgələri qərarlaşıb.

Rəsmi məlumata görə, Naxçıvan Muxtar Respublikasında yeə də yeni yoluxma qeydə alınmayıb.

Ölkə xaricində yoluxanlar ümumi yoluxanların 0,8 faizini təşkil edir.

 

30.07.2020 11:09:00
Oxuma sayı: 197