Qubad İbadoğlu: "Mədən sənayesində şəffaflıq imitasiyası bitdi"
Ölçü:


Azərbaycan Respublikasının prezidenti 28 iyul 2020-ci il tarixli Fərmanı ilə “Hasilat sənayesində şəffaflığın (HSŞ) və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 aprel tarixli 1315 nömrəli Fərmanı ləğv edilib. Bununla da HSŞ üzrə hesabatlılığın təmin edilməsi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə həvalə edilib.

Koordinat.az-ın məlumatına görə, iqtisadçı alim Qubad İbadoğlu Prezidentin imzaladığı fərmanı şərh edərkən bildirib ki, dövlət başçısının imzaladığı sənədlə HSŞ üzrə hesabatlılığın təmin edilməsi üçün indiyə qədər fəaliyyət göstərən Dövlət Komissiyası işini dayandırıb.Onun sözlərinə görə, bütün dünyada şəffaflığın artdığı halda Azərbaycanda şəffaflıq və hesabatlıq başa çatdı: "Bu, iki halda mümkün ola bilərdi. Birincisi, Azərbaycanda şəffaflıq və hesabatlıq ən yüksək səviyyədədir. İkincisi isə Azərbaycana şəfflıq və hesabatlıq gərək deyil. Heç şübhəsiz ki, ikinci hal bizə uyğundur. Çünki HSŞ üzrə hesabatlılığın təmin edilməsi üçün Azərbaycan mülkiyyət sahibliyi üzrə açıqlamalar verməli, Hasilatın Pay Bölgüsü sazişlərini dərc etməli, xammal ticarəti üzrə satış qiymətlərini açıqlamalı və bir sıra əlavə göstəriciləri (ekologiya və sair sahəsində) HSŞ hesabatlarına daxil etməli idi"

İqtisadçı alim bildirib ki, bütün bunlardan yaxa qurtarmaq istəyən Azərbaycan 2017-ci ildə martın 10-da Mədən Sənayesində Şəffaflıq üzrə beynəlxalq təşəbbüsündən (MSŞT ) çıxanda ilk dəfə bu standartların dəfn etmiş, o vaxtdan indiyə qədər bu təşəbbüsün imitasiyasını aparmış, dünən isə ikinci dəfə MSŞT-nin dəfn edib.

"Azərbaycanın mədən sənayesində şəffaflıq və hesabatlıq təşəbbüsünə Allah rəhmət eləsin" - deyə, Qubad İbadoğlu əlavə edib.
29.07.2020 21:33:00
Oxuma sayı: 231