6 aylıq körpələrə su verilməlidirmi? - pediatrlar arasında fikir ayrılığı
Ölçü:


Körpə dünyaya gəldikdən sonra valideynləri maraqlandıran əsas məsələlərdən biri də onun qidalanmasıdır.

Koordinat.az xəbər verir ki, körpələrə ilk 6 ayda suyun verilməsi valideynlər, hətta pediatrlar arasında çaşqınlıq yaradan məsələlər sırasındadır. Belə ki, həkimlərin bir qismi bu hərəkəti doğru addım saymasa da, digər qismi lehinə danışır. Pediatr-neonatoloq Altay Abdullaoğlu mövzu ilə bağlı Medicina.az-a açıqlamasında bildirib ki, ilk 6 ayda körpəyə su verilməməlidir: "Biz 6 ayına kimi körpələrə qida olaraq ana südünün verilməsini məsləhət görürük, hətta vacib bilirik. Ana südünün çox hissəsi sudan ibarət olduğu üçün körpənin əlavə suya ehtiyacı yaranmır.
Hazır qidalardan istifadə edən zaman isə uşaqlara müəyən məqamda qismən su verilə bilər. Çox zaman buna da ehtiyac qalmır.”
 
Mütəxəssis "Bir çox valideynlər bildirirlər ki, müəyyən müddət uşağa su vermədikləri üçün körpələrin suya ehtiyacı tamamilə yox olub və artıq istəsələr də maye qəbul etdirə bilmirlər. Bu nə dərəcədə doğrudur” sualına da cavab verib: "Körpənin su içməməyinin səbəbi ilk aylarında verilməməsi ola bilməz. Körpəyə şokolad verilsə, təkrar istəyəcək. Bu o demək deyil ki, şokolad verilməlidir. Su da həmçinin”.

Qeyd edək ki, bəzi pediatrlar əksini düşünərək suyun vacibliyini vurğulayırlar. Bəzi ana südlərinin tərkibinin yağlılıq və şirinlik dərəcəsi çox olduğundan körpənin suya ehtiyacını normal hal sayırlar.

 
26.09.2017 16:53:00
Oxuma sayı: 193