Dünya erməni fitnəkarlığı ilə üz-üzədir
Ölçü:


Elxan SALAHOV

Dünyanın dörd bir yanına səpələnərək özlərini yazıq, məzlum, döyülən və əzilən xalq kimi göstərmək ermənilərin köhnə adətidir. Buna erməni xisləti deyirlər. Qafqazlılar onları yaxşı tanıyır: bir tayfa kimi bu ərazilərə pərçim ediləndən dünyanın ən təmiz və sakit regionu sayılan bölgəmizin ab-havasını korlayıb, buradakı xalqaların saflığına, təbiiliyinə acı öldürücü bir zəhər qatılıb.

Yazıq və məzlum görkəmində istədiklərinə nail olduqdan sonra qudurmuş köpək kimi onlara qucaq açanların üstünə cumar, ayağına yer elədikcə daha böyük iddialara düşər, xəyallar üzərində qurduqları iddialarını min bir fitnə-fəsadla gerçəyə çevirərlər. Erməni xislətinin mahiyyəti budur. Riyakarlıq, xainlik, yalanlar üzərində səltənət, saxta millətçilik...

Bir xalqın ki, milli mənsubiyyəti şübhə doğura, nə ərazisi, nə dövləti ola, köçürüldüyü torpaqlarda yaşam hüququ qazandıqdan sonra məskunlaşmaq üçün ona şərait yaradan ölkənin malına-varına göz dikib ərazilərinə işğal etməkdən belə, çəkinməyə... Bəşəriyyət ikinci belə saxta, yalançı və rəzil millət tanımır. Beləsi dünyanın heç bir yerində yoxdur! Yeganə ermənilərdir ki, Rusiyanın himayəsi altında Qafqazda yerləşdirilib...

Tarixi Azərbaycan ərazilərində yaradılan erməni dövləti milli etnik zəminində törətdiyi  soyqırımı aktları, kütləvi qətliamlarla təkcə regionun harmoniyasını, birliyini, həmrəyliyini pozmayıb, həm də dinc və yanaşı yaşayan xalqlar arasında nifaq salır, düşmənçilik yaradır. Azərbaycan torpaqlarının 20 faizdən çoxunun hələ də işğal altında qalması regionda sabitliyə ən böyük təhlükədir.

Dünya yenə erməni fitnəkarlığı ilə üz-üzədir. Bu dəfə də eyni xislətlə düşmənçilik toxumu səpir, dünyanın önəmli bir parçası olan türk və müsəlman birliyə qarşı fitnə-fəsadlar törətməkdədir. Qafqazlardan başlayıb Avropanın göbəyindəki Brüsselə, dünyanın o başındakı Loc-Ancelesə, hətta Kanadaya qədər uzanan bu fitnəkarlıq son günlər bir az da qızışıb. Torpaqlarımızın 20 faizini 30 ilə yaxındır işğal altında saxlayan Ermənistan Tovuzda törətdiyi təxribatlara layiqli cavab aldıqdan sonra ənənəvi fitnəkarlığını Avropa və Amerikanın müxtəlif şəhərlərində davam etdirir. Bu dəfə dünyanın müxtəlif regionlarında yaşayan dinc azərbaycanlılara qarşı vandalizm aktı törədirlər - Dağlıq Qarabağın işağldan azad edilməsini tələb etdiklərinə görə. Ermənilərin tarixin müxtəlif mərhələrində əl atdıqları bu siyasi hoqqabazlıq əvvəl Loc-Ancelesdə və Brüsseldə, bir neçə gündən sonra isə Rusiyada təkrarlandı. Zəbt olunmuş Azərbaycan ərazilərindən geri çəkmək əvəzinə miqrant kimi yaşadıqları ölkələrdə azərbaycanınları döyür, fiziki və mənəvi işgəncələrə qoyurlar.
 
Bax, budur erməni xisləti! Yalan və fitnəkarlıqla dünyanın gözündə özlərini yazıq və məzlum millət kimi göstərən ermənilər hətta qonaq kimi yaşadıqları ölkələrdə vandalizm əməllərindən əl çəkmirlər.

Bəşəriyyəti təhdid edən COVİD-19 bəlasından qurtulmaq üçün bütün beynəlxalq güc və imkanların səfərbər edildiyi, BMT Baş katibi səviyyəsində koronavirus epidemiyasına birlikdə qalib gəlmək naminə münaqişə və müharibələrin dayandırılmasına dair qlobal çağırışların səsləndirildiyi bir vaxtda Ermənistanın işğalçı ordusu Azərbaycanın sərhədlərinə soxularaq silahlı təxribatlar törətməsi, mülki obyektləri, dinc əhalinin yaşadığı evləri artilleriya atəşinə tutması növbəti dəfə dünyanı heçə saymaq, qlobal çağırışlara arxa çevirməkdir. Bu, erməni vəhşiliyinin növbəti nümunəsi olmaqla yanaşı həm də dünyanın COVİD-19 bəlasına qarşı birlik və həmrəylik çağırışlarına təhddidir.

Ermənistan hökuməti Azərbaycanın Tovuz bölgəsində törətdiyi təxribatlarla dünya dövlətlərinin diqqətini COVİD-19 virusuna qarşı mübarizədən yayındırır, BMT-nin timsalında nüfuzlu beynəlxalq təşkilatların çağırışlarına zidd hərəkətləri ilə koronavirus kimi bəşəri problemin həllini yubadır. Bu gün dünya birliyinin, beynəlxalq qanunlara hörmət göstərən dövlətlərin COVİD-19 vurusuna qarşı mübarizə apardığı halda savaşa köklənmiş ermənilər axmaq xislətini, insanlığa sığmayan vandalizmini davam etdirməklə dünyanın həmrəyliyini pozmağa cəhd göstərir.

Nəhayət, dünyanın bütün nəzər-diqqəti koronavirusla mübarizəyə yönəldiyi bir vaxtda ermənilər köhnə xislətlərinə uyğun olaraq, Azərbaycanı və xaricdə yaşayan azərbaycanlıları təxribata çəkmək istəyir. Bu dəfə xaricdə yaşayan azərbaycanlılara qarşı fiziki zor tətbiq etməklə, onları küçədə döyüb videolarını sosial şəbəkələrdə yaymaqla Dağlıq Qarabağ problemini ərazi münaqişəsindən milli münaqişə müstəvisinə keçirməyə cəhd göstərirlər. Bu isə Azərbaycanı daha ağrılı  və mürəkkəb bir problemlə üz-üzə qoymaq məqsədi daşıyır.

Bu dəfə erməni xislətinin öz məqsədinə çatmasına imkan verməməliyik! Biz işğalçılarla Avropa şəhərlərinin küçələrində deyil, Qarabağda – onların 30 ilə yaxındır əsarətdə saxladıqları ərazilərimizdə savaşmaq istəyirik. Xaricdəki havadarlarına arxalanan erməniləri öz meydanlarımızda vuruşmağa çağırırıq!

Xaricdə yaşayan ermənilərin sərgilədiyi hoqqabazlığa tamaşa edən avropalılara da sözümüz var: Torpaqları işğal altında olan Azərbaycan xalqını Dağlıq Qarabağda ermənilərlə birgə yaşayışa səsləyirsiniz. Erməni xisləti Qafqazdan Avropaya da transfer etməkdədir, buyurun, onlarla birgə yaşaya bilirsinizmi?

28.07.2020 12:54:00
Oxuma sayı: 270