Yeni Təhsil naziri kimdir - tərcümeyi-hal
Ölçü:



Koordinat.az yeni təyin olunan Təhsil naziri haqqında qısa məlumatları təqdim edir.

 Emil Əmrullayev Macarıstanın Budapeşt şəhərində Sənaye və Texnologiya Universitetindən təhsil alıb. Daha sonra ABŞ-da Vaşinqton Universitetinin magistraturasını Menecerlik ixtisası üzrə bitirib. Əslən qubalıdır.

Avropa Tələbələr Forumu - Bakı İctimai Birliyinin həmtəsisçisi olub. Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsində çalışıb. Sonradan o, Ceyhun Bayramovun əmri ilə Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin edilib. Onun peşəkar təhsil işçisi kimi tanındığı bildirilir.

Ailəlidir, iki övladı var.
27.07.2020 13:47:00
Oxuma sayı: 182