ABŞ Qarabağ separatçılarına maliyyə yardımı ayırıb
Ölçü:


ABŞ Konqresinin Nümayəndələr palatası işğal altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasına 1,4 milyon ABŞ dollarının ayrılmasını təsdiqləyib.

Koordinat.az
“Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı ABŞ-dakı Erməni Milli Komitəsi (ANCA) yayıb. Bu maliyyə vəsaitinin Qarabağın minalardan təmizlənməsi üçün “HALO Trust” proqramına veriləcəyi iddia olunur.

Həmin proqramın maliyyələşdirilməsi 2020-ci ilin mart ayından dayandırılmışdı.
24.07.2020 14:49:00
Oxuma sayı: 230