Polad Bülbüloğlu Rusiyadakı azərbaycanlılara: "Bu ölkə sizə çörək verir...”
Koordinat.az-ın xəbərinə görə, səfir bildirib ki, hazırda vəziyyət mürəkkəbdir: “Heç vaxt yaddan çıxarmaq lazım deyil ki, Rusiyada yaşayırsınız və əksəriyyətiniz də Rusiya vətəndaşısınız. Bu ölkə sizə çörək verir. Təbii ki, müəyyən qüvvələr var ki, bunu heç kimdən gizlətmək olmaz. Əksəriyyətiniz gəncsiniz, oxumuş adamlarsınız, sizdən gizlətmək istəmirəm, vəziyyət mürəkkəbdir. Bu qüdrətli ölkə ilə biz həmişə dost olmalıyıq. İnanıram ki, bu məsələlər öz həllini tapacaq. Bu zamanda da Ermənistan silahlanıb. Orda da onları dəstəkləyən müəyyən qüvvələr var”.
24.07.2020 15:15:00
Oxuma sayı: 326