KİVDF jurnalistlərə təlim keçmək üçün xaricdəb ekspert dəvət edəcək
Ölçü:

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) İcraçı direktoru Əhməd İsmayılov milli mətbuatın 145 illik yubileyi münasibətilə AZƏRTAC-a müsahibə verib.

Koordinat.az
xəbər verir ki, Əhməd İsmayılov bir sıra maraqlı məqamlara toxunub. O qeyd edib ki, qarşıdakı günlərdə jurnalistlər üçün əcnəbi ekspertlərin iştirakı ilə təlimlər keçiriləcək, bununla da qələm sahiblərinin müxtəlif sahələrdə bilik və bacarıqlarının artırılması istiqamətində daha bir addım atılmış olacaq. Eyni zamanda sahəvi jurnalistikanın inkişafına nail olunması istiqamətində işlər həyata keçiriləcək: "Hazırda bununla bağlı təhlillər aparılır və ümid edirəm ki, yaxın gələcəkdə bu istiqamətdə müsbət nəticəyə nail olacağıq”.

KİVDF rəhbəri bildirib ki, çap mediasının təkliflərinin müzakirəsi üçün redaktorlarla görüşlər keçirilir və bu, davam etdiriləcək: “Artıq bir sıra redaksiyalar fondun təklif etdiyi yeniliklərə qoşularaq qəzetlərini rəngli formatda çap etdirirlər. Bundan əlavə dünya təcrübəsi nəzərə alınmaqla, “E-qəzet” formatının tətbiqi barədə də təhlillər aparılır və nəticələrə uyğun surətdə təkliflərimiz olacaqdır”.

Ə.İsmayılov onu da deyib ki, hazırda onlayn media ilə fondun əməkdaşlıq imkanları təhlil edilməkdədir: “Təhlilin nəticəsinə uyğun olaraq yaxın gələcəkdə maraqlı və səmərəli layihələrlə çıxış etməyi düşünürük”.

 

23.07.2020 09:53:00
Oxuma sayı: 8555