İranda zəlzələ qurbanlarının sayı artır - 207 ölü, 1700-dən çox yaralı
Ölçü:


Ötən gecə İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 207 nəfərə çatıb. 

Koordinat.az xəbər verir ki, bu barədə yayılan məlumatlarda xəsarət alanların sayının 1700-dən çox olduğu bildirilir. İranda təqribən 70 min insan İraqla sərhəddə baş verən güclü zəlzələ nəticəsində evsiz qalıb.

Xatırladaq ki, noyabrın 12-də İran və İraq sərhədində 7,2 maqnituda gücündə zəlzələ baş verib. İranın Serpol Zəhab, Kəsri Şirin, Cavandur, Səlasi Babacani və Gilan əyalətlərində evlər və ictimai binalar uçub. Hadisə yerlərinə təcili olaraq yanğınsöndürənlər, həkim briqadaları və xilasedicilər cəlb olunublar.

Prezident Həsən Ruhani zərər çəkənlərə hər cür yardım göstərilməsi ilə bağlı xüsusi göstəriş verib.

13.11.2017 10:16:00
Oxuma sayı: 1195