Tofiq Zülfüqarov: "Siyasi partiyaların dəstək bəyanatı, həmrəylik təşəbbüsləri çox gözlədir"
Ölçü:


"İlk baxışdan Ermənistanın təşəbbüs göstərərək hərbi əməliyyatları bərpa etməsi məntiqli görünmür. Lakin mənim fikrimcə, baş verənlər Nikol Paşinyan və onun komandasının maraqlarına uyğundur. Paşinyan istəyir ki, bu yolla Moskva ilə günü gündən pisləşən münasibətlərə birdəfəlik nöqtə qoyub qərbyönlü siyasət həyata keçirsin".

Koordinat.az
xəbər verir ki, bunu Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarlı Yenisabah.az-a müsahibəsində bildirib. O, qeyd edib ki, bu niyyəti təmin etmək üçün Paşinyana həm Moskvanın həyata keçirdiyi və imitasiya xarakteri daşıyan danışıqlar prosesini iflasa uğratmaq,  daha sonra hərbi əməliyyatlara başlayaraq Rusiyanın İrəvana yardım etmədiyini əsas gətirərək anti-Rusiya əhval ruhiyyəsini gücləndirmək, eyni zamanda bununla ona qarşı formalaşn müxalifətə zərbə vurmaq lazımdır: "Paşinyana qarşı müxalifətdə dayanan siyasətçilərin əksəriyyəti Rusiya meyllidir. Bunu təkcə Paşinyanın marağı olduğunu söyləmək də doğru olmazdı. Ermənistandakı proseləri izləyərkən görünür ki, bu ölkənin elitası artıq başa düşüb onlar Qərbdən daha çox imkanlar əldə edə bilərlər. Bunun üçün isə təbii ki, Rusiya ilə əlaqələri pozmaq lazımdır".

Tofiq Zülfüqarov bildirib ki, Ermənistan ordusu həm Dağlıq Qarabağda, həm də Azərbaycanla sərhəd zonalarda yerləşib. Yəni bir neçə cəbhə var və Azərbaycanın bu cəbhələrin hər birinə zərbə endirməyə mənəvi haqqı var: "Son iki gün ərzində Azərbaycanda baş verənləri çox yüksək qiymətlənidirirəm. Azərbaycan xalqı milli həmrəylik gününü yaşadı və bu çox müsbət haldır".

Sabiq nazir Ermənistanın təxribatı nəticəsində Azərbaycan ordusunun generalının şəhid olmasına da münasibət bildirib. O, qeyd edib ki, bu bizim səhvimiz nəticəsində olub: "Yüksək səviyyədə maskirovka olunmayıblar. İndisə bizim hərbçilərimiz başa düşüblər qarşımızda amansız düşmən var. Bu düşmən üçün Azərbaycanın mülki şəxsləri də, hərbi qulluqçuları da, ərazimizdəki bütün obyektlər, nöqtələr onlar üçün hədəfdir. Biz də bilməliyik ki, bizim üçün bir düşmən var – Ermənistan. Ona məxsus bütün strateji obyektlər hədəf kimi qəbul olunmalı və məhv edilməlidir. Deyəsən, artıq bu nöqtəyə gəlmişik. Dünən də xalqın orduya dəstəyi sevindirici idi. Bu təşkil olunmamış, sadəcə xalqın istəyindən irəli gələn aksiya idi. Xalq artıq gözləməkdən yorulub. İndi bizim əsas siyasi və mənəvi hədəfimiz işğal olunmuş torpaqlarımızı azad edərək Azərbaycanın ərazi bütövlüyünü bərpa etməkdir.
Aksiyanın sonunda baş verənlərə haqq qazandırmaq niyyətində deyiləm. Amma bilmək lazımdır ki, hər kəs baş verənləri öz səviyyəsində təhlil edir. Orada insanlar çox idi, emosiyalar coşmuşdu. İndi onların arasında hər cür adam ola bilər, ağıllısı da ola bilər, səbrsizi də.  Amma insanlarımız bilməlidir ki, polis də, əsgər də bizim vətəndaşlardır. Biz də döyüş şəraitində əsgər olmalı, əmrə tabe olmalıyıq. Bu həmrəylik hamıya aiddir. Mən bu məsələdə siyasi partiyaların tutduğu mövqeni yüksək qiymətləndirirəm. Dəstək bəyanatı yaydılar, həmrəylik nümayiş etdirdilər. Bu çox gözəl təşəbbüs idi".

15.07.2020 14:46:00
Oxuma sayı: 58