Separatçı Qarabağ rejiminin rəhbəri Madagiz və Talış kəndlərinə gəlib - yeni təxribat
Ölçü:


Azərbaycan-Ermənistan sərhəddindəki gərginlik işğal altındakı Dağlıq Qarabağda məskunlaşan separatçıları ciddi təşvişə salıb.

Koordinat.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, separatçıların lideri Araik Arutunyan Tərtər rayonunun işğal altındakı Madagiz və Talış kəndlərinə səfər edib. Onun göstərişi ilə cəbhə xəttinə yaxın yerləşən bu kəndlərdən bütün əhali çıxarılıb, ərazidə yalnız işğalçı hərbi birləşmələrin qalması barədə qərar verilib.
 
Köçürülən əhali Xankəndi və Ağdərəyə yerləşdirilib. Düşmən tərəfinin cəbhə xəttində yerləşən əhalini köçürməsi rəsmi Yerevanın yeni təxribat planlarından xəbər verir.

15.07.2020 14:09:00
Oxuma sayı: 36