Sözükeçən ziyalılar həmrəylik aksiyasının önündə olmalı idilər
Ölçü:

Gecə baş verən, yaşanan aksiya-yürüşlə bağlı 3 dəfə status yazdım, siyasilərin-iqtidarlı-müxalifətli-müstəqilli birlik, həmrəylik nümayiş etdirməsini, ziyalıların bu prosesdə öndə olmasını və töhfə verməsini dilə gətirdim, arzuladım…

Çünki içimdə bir təlaş, narahatlıq vardı…Bütün gözəlliyə rəğmən xaotikliyi…görməmək…mümkün deyildi…

Çünki içimizdəki və dışımızdakı düşmən hər zaman oyaqdı, marıqdadı, fürsətcildi, fürsət, məqam gözləyir…Bizim kimi ürəyiyumşaq, humanist…deyil…

Və çox təəssüf ki, bütün gözəlliyin sonunda məlum-görmək istəmədiyim, heç cür qəbul etmədiyim, ancaq öncədən gördüyüm, hiss etdiyim…mənzərə yaşandı…Olmamalıydı, yaşanmamalıydı…Qəti və qəti…

Gərək nüfuzlu, sözükeçən ziyalılar heç nədən çəkinmədən, ehtiyat etmədən…ora gələydilər, sözlərini deyəydilər, prosesi idarə edəydilər…

Eyni zamanda, nüfuzlu millət vəkilləri, insanlarda qıcıq yaratmayan hakimiyyət rəsmilərindən bəziləri…

Çünki kim nə deyir-desin, biz xalq, millət olaraq, söz eşinədik…,sevsək də, sevməsək, qəbul etsək də, etməsək də, böyük, ağsaqqal, ağbirçək, ziyalı…sözünü dinləyənik, provakativlikdən çox uzağıq…Bunu 32 ildə yaşananlar da sübut edib, təsdiqləyib…

Lakin çox təəssüflər olsun ki, ehtiyatlandılar, seyrçi oldular, eşidilməyəcəklərindən çəkindilər…Gecə bəziləri ilə əlaqə saxlayırdım-yəni, bəzi ziyalılar və millət vəkilləri ilə…Orada olmaq, getmək istədiklərini, lakin…Onları da anlamaq, başa düşmək olar…Amma gərək çəkinməyəydilər, ehtiyatlanmayaydılar, gedəydilər…

Bəli, biz xalq, millət olaraq, yenə də həmişəkiyik, dəyişən heç nə yoxdur…Dövlətini, vətənini, torpağını… hər şeydən üstün tutanlarıq…Sevgimizə, yanğımıza…kimsə laf edə bilməz…Kimsə bu xalq, millətə nəsə deyə bilməz…

Amma provakatorları, içimizdəki və dışımızdakı düşmənləri də unutmamalı, ayıq-sayıq olmağı bacarmalıyıq…Xüsusilə də, kərtənkələlərdən bəslənənləri, içimizdəki xainləri-pul, vəzifə, kürsü, “bəlkə də qaytardılar”…üçün hər şeylərini satanları və satmağa hazır olanları qəti və qəti şəkildə unutmamalı, əksinə, elliklə…onların təcrid, ifşa olunmasına, cəzalandırılmasına…nail olmalıyıq…

Dünən hələ məlum aksiyadan və olaylardan öncə bu yöndə də ayrı-ayrı vaxtlarda statuslar yazdım, Kremlin, digər fitnə-fəsad ocaqlarının buradakı canişinlərinin, bura uzanan əllərinin, bütün sahələrdə və strukturlarda uzantılarının (əslində çoxumuza məlumdur) aşkarlanmasını, məhv edilməsini…dilədim, vacib saydım…

Onlar heç zaman dinc dayanmayıblar və dayanmayacaqlar… Nə qədər ki, ifşa olunmayacaqlar, cəzalandırılmayacaqlar, o vaxta kimi, əllərini-qollarını sallayıb keflərini sürdürəcəklər, pərdə arxasından xalqa, siyasətə, hakimiyyətə yön, dizayn verməyə calışmaqda davam edəcəklər…

Bunlar hamısı gecəki hadisələrdə də özünü göstərdi bir daha…

Odur ki, xalq, millət, cəmiyyət, hakimiyyət, iqtidar-müxalifət…olaraq, onları birlikdə ifşa etməli, layiqli cavablarını verməli, cəzalandırmalı, həm də Qarabağımıza, işğal olunmuş torpaqlarımıza kimsədən və heç nədən çəkinmədən, icazə-filan gözləmədən sahib çıxmalıyıq…Artıq ox yaydan çoxdan çıxıb…

Allah Millətimizi, Dövlətimizi, Ordumuz qorusun və utandırmasın…

Hət yanlışda bir naxış var deyiblər…Çalışaq ki, bundan sonra bütün gözəlliklər elə öz gözəlliyində, müqəddəsliyində qalsın…

Ümidliyəm, Sizlər də ümidinizi itirməyin, hələ və heç də son deyil!!!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

15.07.2020 12:59:00
Oxuma sayı: 36