Şəhid mayor Namiq Əhmədov Qazaxda dəfn olundu
Ölçü:


Erməni Silahlı Qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhəddində törətdiyi təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin mayoru Namiq Əhmədovun cənazəsi doğulduğu Qazax rayonuna gətirilib.

Koordinat.az-ın məlumatına görə, şəhidin cənazəsi rayonun Yuxarı Salahlı kəndindəki evinə gətirilib. Qazax rayon sakinləri şəhidin cənazəsini alqışlarla qarşılayıb. 33 yaşlı mayor həmin kənddə dəfn olunub. Mərasimdə rayon icra hakimiyyətinin nümayəndələri, şəhidin döyüş yoldaşları və qohumları iştirak ediblər. Artelleriya komandiri Tovuzda gedən şiddətli döyüşlərdə şəhid olub.

Qeyd edək ki, iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər gedib. Döyüşlərdə hər iki tərəf itki verib.

 
14.07.2020 16:39:00
Oxuma sayı: 27