Düşmənin 100-dək canlı qüvvəsi məhv edilib
Ölçü:

"İki sutka ərzində düşmənə sarsıdıcı atəş zərbələri endirilib. Düşmənin 100-dək canlı qüvvəsi məhv edilib".

Koordinat.az xəbər verir ki, bunu cəbhə bölgəsində jurnalistlərin suallarını cavablandıran Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev deyib.
O, qeyd edib ki, düşmənin çoxlu sayda texnika, döyüş texnikası, nəqliyyatı mühüm obkeytlər darmadağın oilunub və məhv edilib.

Xatırladaq ki, bu gün səhər saatlarında döyüş zamanı Azərbaycan ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev də daxil olmaqla 7 hərbi qulluqçusu qəhrəmancasına şəhid olub. Bildirilir ki, şəhid olan polkovnik İlqar Mirzəyev ordu korpusunun artilleriya rəisi idi.
14.07.2020 14:57:00
Oxuma sayı: 31