"Kəlbəcərə Qayıdış" İctimai Birliyi bəyanat yaydı: "Antiteror əməliyyarlarına başlanılsın"
Ölçü:

"Kəlbəcərə Qaydış" İctimai Birliyi işğalçı Ermənistan ordusunun Tovuz rayonu ilə sərhəddə törətdiyi, son 3 gündə 10 hərbi qulluqçunun və 1 mülki vətəndaşın həlak olması ilə nəticələnən təxribatlarla bağlı bəyanat yayıb.

Koordinat.az xəbər verir ki, bəyanatda bildirilir: "Dövlətimizin ərazi bütövlüyünə təhdidlə əlaqədar olaraq və Ermənistan tərəfindən sərhəddə mövqelərimizə edilən hucumlar ara vermir. 2020 ci il iyulun 12-də cəbhənin tovuz rayonu istiqamətində Ermənistanın işğalçı qüvvələri təxribat törədirlər. Azərbaycanın mövqelərinə hucum etmək cəhdi bir daha göstərdi ki,düşmən işğalçılıq niyyətindən qeri çəkilmək fikrində deyil. "Kəlbəcərə Qaydış" Birliyi olaraq Azərbaycan ordusunun düşmənə layiqli cavab verməsini təqdir edir, bu haqq işində dövlətimizin və Ordumuzun yanında olduğumuzu bildiririk.

Baş vermiş hadisələrlə bağlı beynəlxalq təşkilatların, xüsusilə də Minsk qrupunun həmsədrlərinin susqunluğu bizi hiddətləndirir. ATƏT -in Minsk qrupu üzvlərinin dəyişdirilməsini (ABŞ, Türkiyə, Rusiya formatında), ya da tamam ləğv olunmasını təklif edirik. Dövlətin Təhlükəsizlik Şurasının təcili iclası çağrılsın, Ali Baş Komandan Təlükəsizlik Şurasında dövlət sərhədlərimiz daxilində antiterror əməliyyarlarının aparılmasını və ərazilərimizin terroristlərdən təmizlənməsi məsələsi barədə qərar qəbul etməlidir. Ərazimizə soxulan düşmənlər məhv edilməlidir".

"Kəlbəcərə Qayıdış" İctimai Birliyi bir daha bəyan edir ki, hər zaman dövlətin və dövlətçiliyin müdafiəçilərinin yanındadır.
14.07.2020 14:00:00
Oxuma sayı: 49