Tovuz döyüşlərində 7 hərbçimiz şəhid olub - SİYAHI
Ölçü:


İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində şiddətli döyüşlər davam edib.

Koordinat.az
xəbər verir ki, Müdafiə Nazirliyi rəsmilərinin cəbhə bölgəsində jurnalistlərə verdiyi məlumata görə, şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində olan bir qrup hərbçimiz şəhid olub. Hazırda Tovuz istiqamətdə vəziyyət gərgin olaraq qalır, ağır döyüşlər gedir.

Son döyüşlərdə şəhid olan hərbçilərimizin ad-soyadlarını təqdim edirik:
General-mayor Həşimov Polad İsrayıl oğlu
Polkovnik Mirzəyev İlqar Anzor oğlu
Mayor Əhmədov Namiq Hajan oğlu
Mayor Novruzov Anar Gülverdi oğlu
Gizir Zeynalı İlqar Ayaz oğlu
Gizir Babayev Yaşar Vasif Oğlu
MAXE Mustafazadə Elçin Arif Oğlu

 

14.07.2020 13:33:00
Oxuma sayı: 28